Tribuna İnformasiya Agentliyi

Ölkə ərazisində yanğın hadisələrinə görə daha iki nəfər saxlanıldı

10 Avqust

Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanmışdır. Yanğın söndürülmüş, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınmışdır.

Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilmiş və onlar saxlanılmışlar.