Oliqarxların məxfi hesablarda gizlədilmiş milyardları: nazir təcili Virgin adalarına uçdubackend

Oliqarxların məxfi hesablarda gizlədilmiş milyardları: nazir təcili Virgin adalarına uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniyanın dənizboyu əraziləri üzrə naziri (Minister for Overseas Territories) Amanda Millinq rusiyalı oliqarxların sanksiyalardan yayınmaq üçün öz milyardlarını ofşor zonalarında açılan məxfi hesablarda gizlətməsinin qarşısını almaq üçün Britaniya Virgin adalarına uçub.
TİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Böyük Britaniyanın vergi cənnətləri rusiyalı oliqarxlar üçün sanksiyalardan yayınmaq imkanı yarada bilər və artıq onlardan bəzilərinin öz aktivlərini ofşor zonalara köçürdüyü haqda xəbərlər var.
Nazir bu cür xəbərlər fonunda təcili müzakirələr aparmaq üçün Virgin adalarına yollanıb və bildirilir ki, Amanda Millinq yerli hakimiyyətlə Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ofşor zonasında tətbiq edilməsinin yollarını müzakirə edəcək.
Britaniyanın adalarında da bu sanksiyalar qanuni qüvvəyə malikdir və hüquq-mühafizə orqanları ofşor zonada qeydiyyatdan keçmiş şirkətlərin benefisiarlarının reyestrinə birbaşa çıxışa malik olmalıdır.
Bildirilir ki, Britaniya hökuməti bu addımı “The Guardian” qəzetinin Rusiya oliqarxlarının və məmurlarının ofşorlarda gizlədilmiş sərvətləri barədə seriya məqalələrinin ardınca atıb. Nazirin dörd günlük səfərinin ardınca Böyük Britaniya hökuməti yaxın həftələrdə adalar hökumətlərində korrupsiya araşdırmalarına dair hesabatı dərc etməlidir. Gözlənilir ki, bu hesabatda Virgin adaları hökumətinin rəhbəri Endryu Fahi barədə tənqidi faktlar yer alacaq.