Olimpiya komplekslərinin YARITMAZLIĞI – “İdmançı planı qoyulmalıdır”backend

Olimpiya komplekslərinin YARITMAZLIĞI – “İdmançı planı qoyulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rayonlarda hər birinə 10-15 milyon xərc çəkilib, 100 milyonlarla dəyərində olimpiya kompleksləri tikilib. Amma hələ də heç bir rayonun olimpiya kompleksi bir idmançı verə bilməyib”.

Bu sözləri Yenicag.az-da azərbayacanlı idmançıların Tokio-2020-də fiaskosuna münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

O, bildirib ki, o vaxt Ağdamdakı sambo məktəbi Azərbaycana dünya və avropa çempionları verib:

“Vaxtilə Ağdamda qaz idarəsini idman zalı etmişdilər və sambo məktəbi fəaliyyət göstərməyə başlamışdı. Orada Əbülfəz adlı sambo müəllimi vardı. O, hər kəsin yaxşı tanıdığı Ceyhun Məmmədovun müəllimi idi. Həmin o sambo məktəbi Azərbaycana 9 dünya və avropa çempionu verib”.

Aqil Abbas bildirib ki, hər icra başısının qarşısına pambıq planı qoyulduğu kimi idmançı planı da qoyulmalıdır:

“O vaxtlar Azərbaycana yarışa idmançı göndərmək üçün teleqram gələrdi. Ağdama teleqram gəlirdi ki, yarışa 5-6 idmançı göndərilsin. Ağdamı Azərbaycandan ayırmışdılar. Çünki əsas məktəb ora idi. Necə olur ki, orda bu qədər çempion hazırlaya bilirdilər, indi yox. O cümlədən də, Əkbər Rüstəmov güləş müəllimi idi. Birinci müharibə vaxtı da batalyon komandiri kimi döyüşüb. Əkbər Rüstəmov peşə məktəbində güləş məktəbi yaratmışdı. Onun tələbələri də Azərbaycan, SSRİ, sonra isə dünya və avropa çempionları oldular. O məktəblərin hətta duşu belə yox idi. Şəraitsizlikdə çempionlar yetişirdi.

İndi gözəl, hər cür şəraiti olan olimpiya mərkəzləri heç nə vermir.

Ya xaricdən, ya da Bakıdan idmançı gətirirlər. Tələb edirdim ki, icra başçılarına pambıq, üzüm planı qoyulduğu kimi idmançı planı da qoyulsun.

Olimpiya komplekslərinin çoxu Gənclər və İdman Nazirliyinin tabeliyində deyil. O kompleksləri ayrı-ayrı nazirlər tikiblər. Məsələn, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev Şəkidə olimpiya kompleksi tikmişdi. Həbs ediləndən sonra ora bağlandı. Çünki ora şəxsidir. Şəxsi olimpiya kompleksi olar? Olimpiya komplekslərinin hamısının üzgüçülük hovuzu var. Axşamlar imkanlı adamlar və bir də onların balaları gedib orada üzür, sərinləyirlər. Çünki kasıb balaları ora gedə bilmir.

Necə ki, muğam oxuyanları axtarıb tapırlarsa, futbol oynayanları, güləşənləri niyə axtarmırlar?

Hindarxda bir müəllimin boks məktəbi var. Zalı da yoxdur. Məşqləri açıq havada edirlər. Onun uşaqları Azərbaycan çempionudur. O, Ağcəbədiyə gedə bilməz axı.

Babalarımız dünyanı qılıncla fəth etdilər. Bir Amerikaya gedə bilmədilər. Elə Kolumb da ilk dəfə Sultandan Amerikanı kəşf etmək üçün maliyyə yardımı istəmişdi. Sultanın isə başı eyr-işərətə qarışıb, ona kömək etməmişdi.

Bir dənə qılıncoynadanımız yoxdur.

Babalrımız 1 km ox atırmış. Bir ox atanımız yoxdur.

Azərbaycanın 650, Türkiyənin 4500 km dəniz sərhəddi var. Bir dənə nə Azərbaycanın, nə də Türkiyənin üzgüçüsü yoxdur.

Dünyada Türkiydən və bizdən çox bir-birinə güllə atan yoxdur, nə onların, nə də bizim bir dənə güllə atıcımız yoxdur”.