Öldürülən musiqiçi məhşur dünya çempionumuzun əmisi imişbackend

Öldürülən musiqiçi məhşur dünya çempionumuzun əmisi imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün faciəli şəkildə vəfat edən məşhur gitara ifaçısı Nofəl Süleymanov məşhur idmançı ilə qohum imiş.
N.Süleymanov döyüş növləri üzrə dünya çempionu Anar Süleymanovun əmisidi.
Anar Süleymanov big.az-a açıqlamasında bildirib ki, oğlu Şövqi ehtiyyatsızlıqdan atasını güllələyib, hazırda şok vəziyyətindədi: “Hazırda hadisə yerindəyəm. Polislər burdadı. Ekspertiza aparırlar. Oğlu şokdadı”.
Qeyd edək ki, məşhur musiqiçibu gün günorta saatlarında Nizami rayonundakı mənzilində dünyasını dəyişib. Nizami rayon prokurorluğundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilib, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyənləşib ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.