Tribuna İnformasiya Agentliyi

“Oktoberfest”də ilk həftənin nəticəsi: 3.3 milyon nəfər

30 Sentyabr
Almaniyada “Oktoberfest” pivə festivalını açılışından keçən bir həftə müddətindən 3.3 milyon insan ziyarət edib.
TASS xəbər verir ki, hələlik festival zamanı ciddi qanun pozuntuları və insidentlər olmayıb. Bayram şənlikləri zamanı pivə ilə yanaşı qastronomik məhsulların satışı da həyata keçirilir.
Ümumi proqnozlara görə, oktyabrın 6-sına qədər davam edəcək festival zamanı 7 milyon litr pivə satışı nəzərdə tutulub.
Festival müddətində 600 polis və yüzlərlə özəl güvənlik işçiləri xidmət aparacaqlar.
“Franziskaner”, “Paulaner”, “Augustiner”, “Loewenbraeu” kimi tanınmış pivə markaları öz məhsullarını ziyarətçilərə bir litri 10-11 avro arasında dəyişən qiymətlərlə təqdim edirlər.
Qeyd edək ki, Münhendə keçirilən festival şəhərə olduqca yüksək gəlir gətirir. Belə ki, festival üçün bura gələn turistlər otel, xəstəxana, taksi, yemək və s. xidmətlər üçün hər il ümumilikdə 1 milyard avro pul xərcləyirlər.