Oksigenlə zəngin hava şəraiti gözlənilirbackend

Oksigenlə zəngin hava şəraiti gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək”.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova TİA.AZ-a bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

O qeyd edib ki, bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir: “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.