Oğuzda minik və yük avtomobilləri toqquşdu, xəsarət alan var – VİDEObackend

Oğuzda minik və yük avtomobilləri toqquşdu, xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub. Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.