Oğurlanmış Gilqameş lövhəsi ABŞ-dan İraqa qayıtdıbackend

Oğurlanmış Gilqameş lövhəsi ABŞ-dan İraqa qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1991-ci ildə Körfəz müharibəsi zamanı İraq muzeyindən 3500 illik gil lövhə oğurlanıb.
Qaynarinfo xəbər verir ki, 30 il əvvəl İraq muzeyindən oğurlanan və bu yaxınlarda ABŞ-da tapılan Gilqameş dastanının bir hissəsini özündə əks etdirən 3500 il əvvələ aid kiçik gil lövhə rəsmi olaraq İraqa qaytarılıb.
Gilqameş Yuxu Lövhəsi kimi tanınan 1,7 milyon dollar dəyərində mixi lövhə dünyanın ən qədim ədəbi əsərlərindən və ən qədim dini mətnlərdən biridir. 1853-cü ildə Assuriya kralı Assur Banipalın kitabxanasının xarabalıqlarında 12 lövhədən ibarət kolleksiyanın bir hissəsi kimi tapılıb.
Lövhə 1991-ci ildə Körfəz müharibəsi zamanı İraq muzeyindən oğurlanıb. Rəsmilər onun 2003-cü ildə ABŞ-a qaçaqmalçılıq yolu ilə gətirildiyi, sonra Hobby Lobby əl işləri mağazası sahiblərinə satıldığı və nəhayət Vaşinqtonun DC İncil Muzeyində nümayiş etdirildiyi ehtimal edilirdi.
2019-cu ilin sentyabrında federal Milli Təhlükəsizlik agentləri lövhəni muzeydən götürüb. Nyu Yorkun federal hakimi bu ilin iyulunda lövhənin müsadirə edilməsinə icazə verib.
İraqın xarici işlər naziri çərşənbə axşamı Bağdadda keçirdiyi mətbuat konfransında ABŞ və İngiltərədə tapılan üç artefaktı mədəniyyət nazirinə təhvil verib: Gilqameşin təsviri olan lövhə, Şumer qoçunun başı və Şumer lövhəsi.
Mədəniyyət və Qədim Əsərlər naziri Həsən Nazim AFP-yə bildirib ki, Gilqameş lövhəsi “böyük əhəmiyyət kəsb edir, o, İraq tarixinin ən qədim ədəbi mətnlərindən biridir”.
Mətbuat konfransı zamanı o, “tariximizin qaçaqmalçılığı ilə məşğul olan və onları beynəlxalq auksionlarda satanların hamısına mesajdır: son nəticədə bu cür əməliyyatların taleyi restitusiyadır”.
YUNESKO qiymətli artefaktın bərpasını 1970-ci il YUNESKO Konvensiyasını imzalayan ABŞ və İraq arasında onilliklər ərzində davam edən əməkdaşlığın kulminasiya nöqtəsi kimi qiymətləndirib.