“Oğru”lar Putini niyə dəstəkləyir, və yaxud Rusiya mediasından ucuz təbliğat şousubackend

“Oğru”lar Putini niyə dəstəkləyir, və yaxud Rusiya mediasından ucuz təbliğat şousu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
On minlərlə ukraynalı kişi evlərinə qayıtmaq üçün işlərini tərk etdikdən sonra Mərkəzi Avropada tikinti sahələri, zavod və anbarlar boş qalmış vakansiyaları doldurmaqda çətinlik çəkir.
Bu barədə Qaynarinfo “Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
Ukraynalı işçilər son on ildə yüksək əmək haqqı və viza tələblərinin yüngülləşdirilməsi nəticəsində tikinti, avtomobil sektoru və ağır sənayedə yerli işçilər üçün kifayət qədər yüksək maaş verməyən işləri görmək üçün mərkəzi Avropaya axın etmişdilər.
Bu işçilərin çoxu fevralın 24-də Rusiyanın işğalından sonra müharibəyə kömək etmək üçün evlərinə qayıdıblar. Bu isə öz növbəsində Avropanın bəzi sənaye sahələrində işçi çatışmazlığının kəskin şəkildə pisləşməsinə səbəb olub.
“Reuters” Polşa və Çexiyadakı 14 şirkət rəhbəri, işəgötürənlər, sənaye qurumları və iqtisadçılara istinadən  bildirir ki, ukraynalı işçilərin getməsi xərclərin artmasına, istehsal sifarişlərində və tikinti işlərində gecikmələrə səbəb olub.
Rusiya işğalından əvvəl ukraynalılar Mərkəzi Avropada ən böyük xarici işçi qüvvəsi olub. Sənaye ticarət qruplarına görə, Polşa və Çexiyada müvafiq olaraq təxminən 600.000 və 200.000-dən çox Ukrayna işçi qüvvəsi olub.
19 000 şirkəti təmsil edən Polşa İşəgötürənləri ticarət qrupunun hesablamalarına görə, müharibə başlayandan bəri əsasən kişilər olmaqla 150 000-ə yaxın ukraynalı işçi Polşanı tərk edib.
Avropa Mərkəzi Bankı iyun ayında ukraynalı qaçqın axınının avro zonasında işçi çatışmazlığını azaldacağını desə də, Avropanın sənayeləşmiş iqtisadiyyatlarında bunun əksi baş verir.