Ofisdə sağlamlığınızı bu üsullarla qoruyun – 3 dəqiqə gəzinbackend

Ofisdə sağlamlığınızı bu üsullarla qoruyun – 3 dəqiqə gəzin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddət kompyuter arxasında oturmaq çiyinlərimiz, qollarımız və əllərimizdə ağrıya səbəb ola bilir. Ölkəmizdə də milyonlarla ofis işçiləri bu kimi ağrılardan şikayətçidirlər. Mütəxəsssilər qeyd edirlər ki, bəzi sadə üsullarla bu ağrılardan qurtulmaq olar. Çünki bu ağrılar çox ciddi xəstəliyə çevrilə bilər.

TİA.AZ medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:

Ofisdə çiyinlərinizi geri verib düz oturun

Xüsusi ilə uzun müddət aşağı əyilərək işləyənlər həm özlərini, həm də kürək sümüklərini daha dik tutmalıdırlar. Kürəklərin önə doğru tutulması əzələ uyumunu pozaraq ağrıya səbəb olur. Bu səbəblə özünüzü dik tutmağa çalışın.
Kompyuter ekranını göz səviyyəsində saxlayın
Kompyuterin ekranını göz səviyyənizdə, klavyaturaları isə qollarınıza rahat tərzdə qoyun. Klavyaturaya doğru uzanaraq çiyinlərinizi önə doğru uzatmaqdan uzaq durun. Klavyatura və siçanı elə yerləşdirin ki, bu qol oynaqlarını bükməsin. Dirsək və əl biləklərinin bükülmüş tərzdə uzun müddət qalması həmin hissədə qonşu sinirləri sıxışdıraraq əllərdə uyuşma, ağrı kimi nəticələr verir.
30 dəqiqədə bir 3 dəqiqə gəzin
Hərəkətsiz qalmaq hərəkət etməkdən daha çətindir. Mütəxəssislər qeyd edirlər ki, ofis işçiləri bütün gün oturmalarına baxmayaraq xroniki yorğunluq hiss edirlər.
Əlaqə vasitələrini lazımsız istifadə etməyin
 

Cib telefonunun gərəksiz və ya həddindən artıq istifadəsi, onlayn mesajlaşma proqramlarında vaxt keçirmək xüsusi ilə də əl və qolun ön hissəsində, əzələlərdə xroniki ağrıya səbəb olur. Bu səbəblə də texnoloji vasitələri lazımsız yerə istifadə etməyin.
Dostlarınıza xəbərdarlıq edin
Nə qədər diqqət etsək də günün yorğunluğu içində bəzi nöqtələri gözdən qaçıra bilərsiniz. Bu səbəblə də ofis işçiləri bir-birlərinə xəbərdarlıq etməli, motivasiya etməlidirlər.
Gecə ağrınız olursa həkimə gedin
 
Gün içərisində yaşanan ağrılardan iş çıxışı və ya tətildə qurtula bilərsiniz. Amma çiyin, qol və əllərinizdə ağrılarınız gecə də davam edirsə mütləq həkimə gedin.