backend

Obamanın Twitter hesabı əlindən alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barak Obamanın 11 milyon izləyicisi olan Twitter hesabı Ağ Evin növbəti sahibinə veriləcək. Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.  Barak Obamanın 11 milyon izləyicisi olan Twitter hesabı Ağ Evin növbəti sahibinə veriləcək. Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

@POTUS hesabının rəsmən yeni prezidentə verilməsi 2017-ci il yanvarın 20-da baş tutacaq. Həmin gündən səhifə 45-ci prezidentin adından məlumatlar yayacaq. 

Obamanın adından yazılan bütün tvitlər isə keçmiş prezidentin @POTUS44 ünvanlı rəsmi mikrobloquna köçürüləcək.

Qeyd edək ki, Obama – ABŞ-ın sosial şəbəkələrdən aktiv istifadə edən ilk prezidentidir. O, Twitter-də statuslar yazır, Facebook və YouTube-da canlı yayımlar təşkil edərək, suallara cavab verir.