backend

Obama Trampı lağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Braka Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın “Twitter”-dən uzaqlaşdırılmasına münasibət bildirib. 

ABŞ prezidenti Braka Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın “Twitter”-dən uzaqlaşdırılmasına 

münasibət bildirib.

Bu barədə tTİA.AZ “Mashable”-a istinadən xəbər verir.

“Əgər kimsə öz “Twitter” hesabını idarə edə bilmirsə, onda həmin şəxsə nüvə çemodanını etibar etmək olmaz”, – deyə Obama Florida ştatında Hilari   

Klintona dəstək mitinqində bildirib.

Qeyd edək ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın müşavirləri onu “Twitter” mikrobloqundan 

uzaqlaşdırıblar. Trampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.

KİV yazır ki, Tramp seçiciləri ilə “filtrdən keçirilməyən baxışları” bölüşdüyü üçün ara-sıra qalmaqallar yaşanıb.

Nəşrn məlumatına görə, Trampın “Twitter”-də izləyicilərinin sayı 13 milyondan çoxdur.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-də keçiriləcək.