Tribuna İnformasiya Agentliyi

Obama ailəsinin istirahətə xərclədiyi milyonlar

08 Dekabr

ABŞ-ın indiki prezidenti Barak Obamanın ailəsi 8 il ərzində məzuniyyət və istirahətə 85 milyon dollardan çox pul xərcləyib. 

ABŞ-ın indiki prezidenti Barak Obamanın ailəsi 8 il ərzində məzuniyyət və istirahətə 85 milyon dollardan çox pul xərcləyib.

Bu haqda “The Daily Mail” məlumat yayıb. ABŞ-ın gizli sənədlərini əldə etmək imkanı olan Judicial Vatç vasitəsilə qəzetə məlum olub ki, prezidentin ailəsinin xərcləri ildə orta hesabla təxminən 10 milyon dollar olub.

Bu məbləğlə ailənin təhlükəsizliyi təmin olunub, uçuşlar və digər nəqliyyatla gediş, eləcə də avtomobil icarəsinin və ABŞ gizli xidməti əməkdaşlarının və personalın otellərdəki xərcləri də ödənilib.

Qeyd edilir ki, bu məbləğ son hədd deyil. Prezidentin ailəsi hər il Yeni il bayramını Havay adalarında keçirib və bu il də istisna deyil.

Judicial Watchın məlumatına görə, 2015-ci ildə prezident ailəsinin Havaydakı istirahətinə 4,8 milyon dollar xərclənib. (Modern.az)