“OBA” MARKETLƏR ŞƏBƏKƏSİNƏ CİDDİ İCTİMAİ NƏZARƏT LAZIMDIR” – EKSPERTDƏN ÇAĞIRIŞbackend

“OBA” MARKETLƏR ŞƏBƏKƏSİNƏ CİDDİ İCTİMAİ NƏZARƏT LAZIMDIR” – EKSPERTDƏN ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA” marketlər şəbəkəsinə ciddi ictimai nəzarət lazımdır”. Bunu TİA.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova deyib. Onun sözlərinə görə, OBA marketlər şəbəkəsində məhsulların ucuz satılması ilə bağlı istehlakçılar daim müraciət edir, bunun səbəbini bilmək istəyirlər:

“Biz istəyirik ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsın. OBA marketlər şəbəkəsi çox böyük bir şəbəkədir, 800-dən çox market daxildir. Araşdırmalarımız zamanı məlum olub ki, “OBA” çalışır ki, məhsulları birinci əldən alsın. Ona görə də aşağı qiymətlə satışa çıxara bilirlər. İstehlakçılar tərəfindən malların lazımi temperaturda saxlanması barədə bizə sorğular gəlir, bu məsələ müəmmalı məsələ olaraq qalır. Təsadüfi deyil ki, mən dəfələrlə AQTA qarşısında məsələni qaldırmışam ki, biz mütləq marketlərdə-o cümlədən OBA marketlər şəbəkəsində soyuducuların temperatur rejimini araşdırmalıyıq. Təəssüf ki, AQTA rəhbərliyi buna hə desə də, hələ ki, praktik addım atmağa nail ola bilməmişik.

\

Düşünürəm ki, OBA marketin aid olduğu şirkət bu cür məhvetmələri kütləvi informasiya vasitələrinin iştirakı ilə həyata keçirilməlidir ki, onların üzərindən bu kölgə götürülsün. Əgər onlar istəyirlərsə ki, istehlakçılar onların marketlərindən şübhələnməsin, buyurub bu addımları atsın. Qeyd edim ki, istehlakçılar OBA marketlərə üz tutur, lakin qiymətin aşağı olması istehlakçını təmin etsə də şübhələr yaradır. Ona görə də OBA marketlər şəbəkəsinə ciddi ictimai nəzarət lazımdır. Azad İstehlakçılar Birliyi digər marketlər kimi OBA marketlər şəbəkəsinə də nəzarət edir və təəssüflər olsun ki, fakt yoxluğundan ya da qeyri-müəyyən səbəblərdən bu şəbəkədən məhsulların çıxarılıb kütləvi məhv edilməsini əyani olaraq hələ ki, görməmişik”.

Aytac

TİA.Az