“OBA Market” dava: satıcı döyüldübackend

 “OBA Market” dava: satıcı döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OBA Market”də müştəri ilə satıcı arasında dava düşüb.
Bakupost.az xəbər verir ki, hadisə dünən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “OBA Market”də baş verib.
Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əmrah Mirzəyev marketdə döyülüb.
Ə.Mirzəyev polisə müraciətində bildirib ki, onu döyən şəxs müştəri qismində marketə daxil olan Əlibəy Ağayevdir.
Faktla bağlı araşdırma aparılır.