Tribuna İnformasiya Agentliyi

O, yenidən “evdə tək” qaldı, bu dəfə “Google”un reklam çarxında (VİDEO)

21 Dekabr

“Evdə tək” filmində baş rolda çəkilən aktyor Makoley Kalkin yenidən komediyadakı səhnələri təkrarlayıb. Bu dəfə aktyor “Google”un milad reklamında çəkilib.

Reklam “Google”un “YouTube”dakı rəsmi portalında yerləşdirilib.

Çarx “Google” köməkçisi ilə yenidən “evdə tək” adlanır. Burada böyümüş Kevin Makkallister (red. – filmin baş qəhrəmanı) Milad Bayramı ərəfəsində evdə tək qalır və bütün məişət məsələlərində ona artıq “Google” səsli köməkçisi və “ağıllı ev” sistemi kömək edir.

Reklam çarxı dekabrın 19-da yayımlanıb və artıq 7 milyondan çox baxış toplayıb.