O, yalnız bir amala xidmət edib – Kərəm Həsənovun doğum günüdürbackend

O, yalnız bir amala xidmət edib – Kərəm Həsənovun doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mircəfər Əsgərov yazır:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun 51 yaşı tamam olur.

Kərəm Həsənov kimdir?

2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis kimi başlasa da, şöbə rəisi vəzifəsinə qədər yüksəlib. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini vəzifələində çalışıb. 2001-2005-ci illərdə isə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsini daşıyıb.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılır və Kərəm Həsənov bu quruma rəhbər təyin olunur. Bir neçə il sonra qurumun adı dəyişdirilir və Əmlak Məsələləri Dövlət Komitəsi adlandırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 avqust 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur. 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilib.

O, yalnız bir məqsəd və bir amala xidmət edib…

Kərəm Həsənov həqiqi hərbi xidmətini başa vurandan və ali təhsil alandan sonra yalnız dövlət sektorunda çalışıb. Sıravi mütəxəssisdən Prezidentin köməkçisi kimi yüksək vəzifəyə qədər yüksəlib. Heç şübhəsiz bütün bunlar təsadüfi deyil. Onun dövlətə və dövlətçiliyə sevgisinin, Heydər Əliyev ideologiyasına və Möhtərəm Cənab Prezident İlham Əliyevə sədaqətinin göstəricisidir. O, harada çalışıbsa üzərinə düşən missiyanı ləyaqətlə icra edib, rəhbəri olduğu sahələrdə tərəqqiyə imza atıb. Məhz bu fəaliyyətinə görə, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Onun rəhbərliyi dövründə Əmlak Məsələləri Dövlət Komitəsində çoxsaylı uğurlu islahatlar həyata keçirilib. Əmlak Xidmətləri Məkanının açılışı, məkanda daha dəqiq və daha sürətli prosedurların həyata keçirilməsi, elektron hökumətə keçidin təmini, minlərlə vətəndaşın rahat şəkildə xidmətlərdən istifadə etməsi, dövlət hərracları zamanı da anoloji prosedurların tətbiqi bu qəbildəndir. Məhz bunun nəticəsidir ki, Kərəm Həsənova daha böyük etimad göstərilib və bu gün Prezidentin köməkçisi kimi mühüm vəzifələrdən biri ona etibar olunub.

Kərəm Həsənov harada çalışmasından asılı olmayaraq, rəhbərinə, dövlətinə, xalqına daim vicdanla xidmət edib və vəzifənin onu deyil, onun vəzifəni irəli aparan məmurların sırasında yer alıb.

Kərəm Həsənovu doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və dövlətimizin inkişafı naminə fəaliyyətində bol-bol uğurlar azru edirəm!