“O məktəb mənim deyil, yerləşdiyi bina mənimdir..” – Arif Qaraşovdan AÇIQLAMAbackend

“O məktəb mənim deyil, yerləşdiyi bina mənimdir..” – Arif Qaraşovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Landau School” özəl məktəbin həyətində mühafizə ilə bir valideynin dava etməsi ilə bağlı xəbərlər yayılıb. Hadisə ilə bağlı DİN-də araşdırma başlayıb.

Yayılan xəbərdə hadisənin baş verdiyi “Landau School” özəl məktəbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşova məxsus olduğu bilirilib.

Bu məlumatla bağlı Manset.az Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovla əlaqə saxlıayıb. O saytımıza açıqlamasında adıçəkilən məktəbin ona aid olmadığını bildirib.

“Mənim məktəbim “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya” məktəbidir. O Azərbaycanda ilk özəl məktəbdir. Ümummilli liderin xeyir-duası ilə açılıb. Adıçəkilən məktəb mənim deyil, sadəcə onun Nərimanov rayonunda yerləşən filialı, keçmiş “Tehran” marketin yerində olan bina mənə məxsusdur. O binanı rəsmi müqavilə ilə icarəyə vermişəm. Yəni bu məlumat doğru deyil.”

Manset.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə “Landau School” özəl məktəbi, Xalq artisti, iş adamı Araz Ağalarova məxsusdur.