Nyu York Ştatı marixuana satışını leqallaşdırmağa hazırlaşırbackend

Nyu York Ştatı marixuana satışını leqallaşdırmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nyu York ştatının qanunvericiləri əyləncə məqsədi ilə marixuana satışını leqallaşdırmaq üçün razılıq əldə edib.
 
TİA.AZ xəbər verir ki, bu haqda “New York Post” qəzeti əyalət qanunvericilərinə istinadən məlumatında yazıb.
Qəzet qeyd edib ki, bu təşəbbüs gələn il üçün büdcə layihəsinə daxil ediləcək. Bu barədə səsvermə gələn həftəyə planlaşdırılır. Qanunverici orqanın hər iki palatasındakı Demokrat millət vəkillərinin əksəriyyətinin layihəni dəstəkləməsi gözlənilir.
Əvvəlcədən razılaşdırıldığı kimi, 21 yaşdan yuxarı Nyu York sakinlərinin şəxsi istifadəsi üçün 85 qrama qədər kannabis saxlamağa icazə verilir. Qəzetin mənbələri onu da qeyd edirlər ki, 2022-ci ilin dekabr ayından etibarən ixtisaslaşmış mağazalarda narkotikin rəsmi satışı başlayacaq. Dövlət xüsusi bir tənzimləmə təşkil edəcək.