“Nüvə silahından istifadə etsələr, ABŞ Rusiya qoşunlarını məhv edəcək”backend

“Nüvə silahından istifadə etsələr, ABŞ Rusiya qoşunlarını məhv edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəhbəri Devid Petreus Rusiya Ukraynaya nüvə zərbəsi endirərsə, ABŞ-ın cavabının necə olacağını açıqlayıb.
TİA.AZ “The Guardian”a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru və istefada olan ordu generalı Deyvid Petreyes jurnalistlərin “Rusiyanın nüvə zərbəsinə ABŞ-ın cavabı necə olacaq? sualına belə cavab verib:
“Putin Ukraynada nüvə silahından istifadə etsə, ABŞ Rusiya qoşunlarını məhv edəcək”.
Petreyes Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə, ABŞ və müttəfiqlərinin Qara dəniz donanmasını batıracaqlarını açıqlayıb.
Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin Amerika və NATO-nu müharibəyə cəlb edib-etməməsi ilə bağlı sualın cavabında Petreyes deyib ki, bu, alyansın kollektiv müdafiəni tələb edən 5-ci maddəsini işə salan bir vəziyyət olmayacaq:
“Bunun səbəbi Ukraynanın NATO-nun bir hissəsi olmamasıdır – buna baxmayaraq, ABŞ və NATO belə bir hadisəni cavabsız qoymayacaq”.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru qeyd edib ki, Ruisyanın nüvə silahında istifadə etməsi halında radiasiyanın NATO ölkələrinə yayılma ehtimalı, bəlkə də, NATO üzvünə hücum kimi şərh edilə bilər.