Tribuna İnformasiya Agentliyi

Nüsrətin restoranından qudurğanlıq: 41 min dollar hesab gəldi, 5 mini xidmət haqqı

11 Sentyabr

Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.

TİA.AZ  xəbər verir ki, duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.

Müştəri Nüsrətin Nyu-Yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.

 İddia olunur ki, dolların kursu Türkiyədə bahalaşdığı üçün Nüsrət Nyu-Yorkdakı restoranında xidmət haqqı ilə menyunun qiymətlərini yuxarı qaldırıb. (publika.az)