Nuru Paşa ilə bağlı maraqlı fakt: Bakıda məscidə çağırırlar ki… (VİDEO)backend

Nuru Paşa ilə bağlı maraqlı fakt: Bakıda məscidə çağırırlar ki… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdi. 1918-ci ilin sentyabrın 15-də Bakı rus, ingilis və ermənilərdən azad ediləndən sonra şəhərdə dini icmada və əhalidə belə bir sual yaranmışdı. Osmanlı ordusunun sünni paşası Bakının şiə əhlinə və şiə dini icmasına hansı münasibəti göstərəcək?
Dosent Zaur Əliyev bununla bağlı maraqlı bir hadisəni danışır: “O zaman Bakıda bu qorxunu aradan qaldırmaq üçün Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət edir. Nuru Paşanın şiə camiyəsinə münasibətini bilmək üçün onun çıxış edəcəyi minbərə şiəliyin rəmzi olan iki qara ələm sancırlar. Əgər Nuru Paşa bu ələmlərin ordan götürülməsini əmr etsəydi, deməli şiələrə münasibətdə Osmanlı paşasının mövqeyi bəlli olacaqdı. Məscidə gələn Nuru Paşa Qafqazın şeyxi Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxır. Cəmi üç pillə qalxır. Nuru paşa dayanaraq ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söyləyir. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı. Paşanın şiə camiyəsinə olan bu addımından sonra Axund Ağa Əlizadə üzünü dini xadimlərə tutaraq deyir: “Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”.
Bundan sonra Azərbaycan Cümhuriyyətində Qazilər şurası yaradılır və onun təsiri dövlətin idarəçiliyində mühüm rol oynayır…