“Nu, poqodi!”nin yeni versiyasının ilk treyleri yayımlandı (VİDEO)backend

“Nu, poqodi!”nin yeni versiyasının ilk treyleri yayımlandı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nu, poqodi!” cizgi filminin yeni versiyasının ilk treyleri təqdim olunub.
TİA.AZ xəbər verir ki, videoçarx “Soyuzmultfilm” studiyasının “YouTube” kanalında yayımlanıb.
Filmin yaradıcıları əsas qəhrəmanları təkcə vizual olaraq yeniləməklə kifayətlənməyiblər. Animasiyadakı bir sıra məsələlər zamanın tələbinə uyğunlaşdırılıb.
Məsələn, canavarın siqaret çəkmək və spirtli içki içmək vərdişləri videooyunlara aludəçiliklə əvəz olunub. Belə ki, hazırda siqaret və spirtli içkilərin ekranda nümayişi qadağandır.
Cizgi filmi “Nu, poqodi! Tətil” adlanacaq, hadisələr çimərlikdə və attraksionlar parkında baş cərəyan verir.
Yeni “Nu, poqodi!”nin dəqiq premyera tarixi açıqlanmasa da, filmin dekabrda ekranlara çıxacağı bildirilb.