Tribuna İnformasiya Agentliyi

İnternetdə haqqınızda olan bütün məlumatları silə bilərsiniz

01 Dekabr

İsveçli mühəndislər internetdə haqqınızda olan bütün qeydləri siləcək Deseat.me resursunu təsis ediblər. 

İsveçli mühəndislər internetdə haqqınızda olan bütün qeydləri siləcək Deseat.me resursunu təsis ediblər.

İnternetdə rəqəmsal iştirakı məhv etmək üçün Google hesabı ilə qeydiyyatdan keçmək lazımdır. Bundan dərhal sonra proqram əlavələrinin və servislərin skanı buraxılacaq, daha sonra həmin proqram əlavələri və servislərdən hesabların silinməsi üçün linklərin müvafiq siyahısı təklif ediləcək.

Tətbiqetməni isveçi alimlər Ville Dalbo və Linus Unnebak hazırlayıb. “Sizdən tələb olunan tək şey bizə hansı hesabları silmək istədiyini deməkdir”, – deyə onlar bildiriblər. İstifadəçi barədə bütün məlumatın silinməsinə 2 saata qədər vaxt gedə bilər. Bu isə servislərin istifadə edilmə tezliyindən və oradakı məlumatların həcmindən asılıdır.