Noyabrda ardıcıl 3 gün iş olmayacaqbackend

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.
TİA.AZ xəbər verir ki, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.
Beləliklə, ardıcıl 3 gün – noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.
Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az