Tribuna İnformasiya Agentliyi

Noyabrda 9 gün iş olmayacaq

31 Oktyabr

Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək. 

Azərbaycanda noyabrın 9-da Dövlət Bayrağı günü qeyd ediləcək.

TİA.AZ xəbər verir ki, bu münasibətlə həmin gün qeyri-iş günü hesab edilir.

Noyabrın 9-u həftənin çərşənbə gününə təsadüf edir. Bu səbəbdən, əlavə qeyri-iş günü olmayacaq.

Bundan başqa, noyabr ayında 8 gün şənbə-bazara düşdüyündən, həmin günlər qeyri-iş günü sayılır.

Qeyd edək ki, noyabrın 12-də Konstitusiya günü, 17-də isə Dirçəliş günü qeyd ediləcək. Həmin günlər isə qeyri-iş günü hesab edilmir.