Tribuna İnformasiya Agentliyi

Novruz Məmmədov xanım hüquqşünası vəzifəyə təyin etdi (FOTO)

12 Fevral
Mərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.
Qaynarinfo xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
İ.Hacıyeva Unikal.org-a təyinatı ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki,  İradə Hacıyeva  uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.