Novosibirskli soydaşlarımız polisin qətlə yetirdiyi 19 yaşlı Vəkili andıbackend

Novosibirskli soydaşlarımız polisin qətlə yetirdiyi 19 yaşlı Vəkili andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan diasporunun nümayəndələri Novosibirskin mərkəzində 19 yaşlı Vəkil Abdullayevin qətlini anma aksiyası keçiriblər. Xatırladaq ki, istintaqa görə, gənc oğlan baş polis leytenantı Aleksandr Qusev tərəfindən “istəmədən” güllələnib.
TİA.AZ xəbər verir ki, anma aksiyasının iştirakçıları əllərində güllələnən Abdullayevin portretlərini tutublar. Onlar vurğulayıblar ki, vətəndaş mövqelərini qurbanın milliyyətinə görə deyil, ədalətin təntənəsini istədikləri üçün göstərirlər.
Novosibirisk azərbaycanlıları mediada yayılan məlumatları qətiyyən bəyənmədiklərini bildiriblər. Rəsmi versiyaya görə, Vəkil dostları ilə birlikdə bilinməyən bir səbəbdən, polis təqibindən uzaqlaşmağa çalışıb. Vəkilin qohumları onun kafenin yanında dayandığını və daha sonra qaralan şüşələrdən hiddətlənən polisin onlara yaxınlaşdığını deyirlər.
Vəkili öldürməkdə şübhəli bilinən polis məmuru istintaq təcridxanasına göndərilib. “Taiga.info” xəbər verir ki, o, ehtiyatsızlıqdan adam öldürməkdə günahlandırılır.