Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər AÇIQLANDIbackend

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.
TİA.AZ xəbər verir ki, bunu  açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün “Təbiət 5” dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək:
“Əlavə olaraq III siniflərdə “Happy Campers” ingilis dili dərsliyi keçiləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib”.