Növbəti buraxılış imtahanlarının vaxtı – Bu rayonlarda KEÇİRİLƏCƏKbackend

Növbəti buraxılış imtahanlarının vaxtı – Bu rayonlarda KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, 11-ci və 9-cu siniflər üçün növbəti buraxılış imtahanları iyunun 18-də keçiriləcək.

Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.
Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün hazırkı imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

İyunun 18-də aşağıdakı rayonlarda burazılış imtahanları keçiriləcək:

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı – Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Lənkəran, Lerik, Ağdam,  Beyləqan, Hacıqabul;

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün – Xətai (Bakı) Sumqayıt (I hissə, siyahı) Zaqatala Qax Göyçay Ağdaş Xaçmaz;

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı – 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı – Sumqayıt (I hissə siyahı), Zaqatala Qax Göyçay Ağdaş Xaçmaz Qobustan

01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı – Xətai (Bakı);

Azərbaycan dili (dövlət dili) imtahanı – – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9- cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün – Qaradağ (Bakı) Goranboy Göygöl Sabirabad Salyan Tovuz Gədəbəy Lənkəran Beyləqan Hacıqabul.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki