Tribuna İnformasiya Agentliyi

Növbəti iki gündə arabir yağış yağacağı gözlənilir

09 Oktyabr

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabr ayının 10-11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: “Şərq küləyinin üstünlüyü müşahidə olunacaq”.

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: “Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-25, bölgələrdə 21-26, dağlı ərazilərdə isə 13-18 dərəcə isti müşahidə olunacaq”.