Nostradamus və Vanqadan üzü belə münəccimlərin 2020 ilə bağlı proqnozlarıbackend

Nostradamus və Vanqadan üzü belə münəccimlərin 2020 ilə bağlı proqnozları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hələ Nostradamus hesab edib ki, 2020 bəşər sivilizasiyasının bütün tarixinin dönüş nöqtəsi olacaq.
Qaynarinfo xəbər verir ki, o, məhz bu ildən təbii fəlakətlərlə müşayiət olunan yeni bir dövrün başlayacağını deyib. Bu, müxtəlif fəlakətlər, dağıdıcı təbii hadisələr, müharibələr və ya bütöv monarxist sülalələrin sonu ola bilər. Əfsanəvi görücü Vanqa da eyni dəyişikliklərdən bəhs edib və 2020-ci ilin bütün insanlıq üçün həlledici olacağını iddia eləyib. Bir çox dünya hökmdarları ciddi bir seçimlə qarşılaşacaq və onların ölkələrinin gələcəyi də o seçimlərindən asılı olacaq.
Səhv seçim məhvə və dağılmaya səbəb olacaq, doğru seçimsə ümid və xalq sevgisi qazandıracaq. Bir çox mənbəyə görə, Vanqa öngörülərində koronavirus pandemiyasından xəbər verib. O, “xəstəlik sarılardan gələcək” deyib, hepatit (sarılıq) xəstələrindən deyil, Səma İmperatorluğunun nümayəndələrindən. Yəni Çindən. İndi hər obıvatel də bu sirli “peyğəmbərlər”in necə haqlı olduğunu başa düşür.
Bununla belə, proqnozlarda təkcə keçmişin məşhur şəxsiyyətləri fərqlənməyib. 2019-cu ilin sonunda Nataliya adlı az tanınmış münəccimlərdən biri “Ağ Buludlar” mədəniyyət mərkəzində etdiyi çıxışında xalqa gələn ilin bir çox insanlar üçün çox qorxulu və ağır olacağını xəbər verirb. Onun sözlərinə görə, bəşəriyyət tarixinə tamamilə yeni bir dövr gəlir. Hökmdarlar dəyişdiriləcək, hardansa dəhşətli bir xəstəlik gələcək, çox adam öləcək və çox sayda təyyarə məhv olacaq.
Dünya sözün əsil mənasında tərsinə dönəcək. Buna baxmayaraq, həmin il bəşəriyyətin mütləq qələbəsi və bütün çətinliklərin öhdəsindən gəlməsi ilə başa çatacaq. “Ağ buludlar”ın bir çox nümayəndəsi gündəlik fərziyyələr üçün belə proqnozlar verib. Bəs axı dünyada hamı astroloji proqnoza inanmır. Dünya ateistlərlə və hər hansı bir ezoterik təzahürü şizofreniya hesab edənlərlə doludur. Ancaq bununla belə Nataliyanın proqnozları gerçəkləşib və bir çoxu yüz faiz belə təsdiqini tapıb.