Norveç Ukraynaya hava müdafiə sistemi verdibackend

Norveç Ukraynaya hava müdafiə sistemi verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Norveç hökuməti Ukraynaya “Mistral” hava hücumundan müdafiə sistemi verib.
TİA.AZ  “Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Norveç müdafiə naziri bildirib.
“Mistral hava hücumundan müdafiə sistemi donanmada istifadə edilmiş effektiv silahdır və Ukraynanın çox yararına olacaq”, – müdafiə naziri Arild Qram deyib.
Mistral sistemi 6 km-a qədər məsafədə uçan təyyarə və helikopterə qarşı istifadə edilir. Ukraynaya verilən zenit kompleksi 100 raketdən ibarətdir.
Norveç baş naziri ölkəsinin Ukraynaya silah tədarükünü davam edəcəyini vurğulayıb. Hazırda qiymətləndirilmələrin aparıldığını və ona uyğun olaraq yeni qərarların veriləcəyini bildirib.
Qeyd edək ki, Norveç hökuməti ölkə daxilində Ukraynaya yetərli hərbi yardım göndərmədiyinə görə tənqidlərə tuş gəlib.