Tribuna İnformasiya Agentliyi

Norveç həmişəlik benzindən imtina edir

29 Yanvar

2018-ci ildə Norveçdə satılan yeni maşınlar arasında elektromobillər 31 faiz təşkil edib. Bu, dünyada ən yüksək göstəricidir. Fakteber.com-un məlumatına görə, ölkədə əsas hədəf 2025-ci ilə kimi benzinlə işləyən mühərriklərdən tam imtina etməkdir.

Hazırda paytaxt Osloda gəzərkən çoxlu sayda Tesla maşınları ilə rastlaşmaq olur. 2019-cu ildə Norveç bazarında Tesla-3 modelləri çıxacağı təqdirdə elektromobil satışlarında kəskin artış olacağı gözlənilir.

Ümumiyyətlə 2018-ci ildə Norveçdə qeydiyyatdan keçən avtomobillərin 1/3 faizi, zərərli tullantıları sıfır səviyyədə olan maşınlar olub.

Sözügedən dövlətdə ekoloji maşınların bu qədər uğur qazanmasına səbəb isə bu maşın sahiblərinə dövlətin verdiyi böyük imtiyazlardır. İlk növbədə elektrokarlar üçün ƏDV və avtomobil alışı zamanı gəlir nəzərdə tutlmayıb. Bundan başqa ölkə boyu ekoloji maşın sahibləri pulsuz park edə, avtomobillərini elektriklə yükləyə bilərlər. Hətta bəzi ictimai yollarda onlar üçün xüsusi zolaqlar da var.