“Nokia” da Rusiyada biznesini dayandırdıbackend

“Nokia” da Rusiyada biznesini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Telekommunikasiya avadanlıqları istehsal edən şirkət “Nokia” Rusiyadan getdiyini açıqlayıb.
Qaynarinfo bu barədə Alarabiya saytına istinadən xəbər verir.
Rusiyanın Ukraynaya qarşı işğala başlamasından sonra minlərlə şirkət müharibəyə etiraz olaraq Rusiya bazarını tərk edir. Eriksonun ardınca, bu gün “Nokia” da Rusiyadan çıxan şirkətlər sırasına qoşulub.
“Biz sadəcə olaraq, indiki şəraitdə ölkədə qalmaq üçün heç bir imkan görmürük”, – şirkətin CEO-su Pekka Lundmark bildirib.
O, həmçinin şirkətin nə qədər müddətə Rusiya bazarından çıxdığını deməyin mümkün olmadığını vurğulayıb.
“Nokia”nın Rusiyadan çıxması 2000 yerli rusiyalını işsiz qoyur. Şirkət bu işçilərin bəzilərinə başqa ölkələrdə iş təklif edəcəyini bildirib.
“Lundmark” şirkətin yenidən Rusiyada biznesə başlaması üçün ölkədə çox şeyin dəyişməli olduğunu bildirib.