Tribuna İnformasiya Agentliyi

“Nobeli Tramp alsın, bizə sülh lazımdır” – Koreya lideri

01 May

Şimali və Cənubi Koreya liderləri sülh kəndi olan Panmunjomda əl-ələ tutaraq sərhədi keçdikdən sonra hər iki dövlət başçısının adı Nobel Sülh Mükafatına namizədlikdə hallanır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya lideri Mun Çje İn mükafatın özü üçün o qədər də önəmli olmadığını açıqlayıb.

Belə ki, Nobel Sülh Mükafatı almış keçmiş lider Kim Dae Junqun həyat yoldaşı Muna təbrik mesajı yazaraq onun da mükafatı qazanacağına ümid etdiyini bildirib. Cənubi Korya lideri isə cavabında “ Mükafatı ABŞ prezidenti Donald Tramp almalıdır. Bizim ehtiyacımız olan yeganə şey sülhdür” sözlərini işlədib.