Nobelçi Svetlana Aleksiyeviç müxalifətin Koordinasiya Şurasına üzv oldubackend

Nobelçi Svetlana Aleksiyeviç müxalifətin Koordinasiya Şurasına üzv oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sovet və Belarus yazıçısı, jurnalist, Belarusun ədəbiyyat üzrə ilk Nobel mükafatçısı Svetlana Aleksiyeviç prezidentliyə namizəd Svetlana Tixanovskayanın adından yaradılan Koordinasiya Şurasına qatılıb.
Qaynarinfo xəbər verir ki, bundan başqa, Şuraya Tixanovskayanın köməkçisi Olqa Kovalkova, vəkil Maksim Znak, Viktor Babarikonun qərargahının koordinatoru Mariya Kolesnikova, Symbal.by saytının yaradıcısı və sahibi Pavel Belous, “Vesna” insan hüquqları mərkəzinin rəhbəri Ales Bialiatski və başqaları daxil olublar.Müxalif Belarus mətbuatı xəbər verir ki, yaxın gələcəkdə Koordinasiya Şurası hakimiyyətin dinc yolla ötürülməsi prosesini öz üzərinə götürəcək öz siyasi qurumunu yaradacaq.