Tribuna İnformasiya Agentliyi

Nobel sülh mükafatının sahibi məlum oldu

11 Oktyabr

2019-cu il üzrə Nobel Sülh mükafatının yeni sahibinni adı məlum olub.

TİA.AZ-ın verdiyi xəbərə görə, nüfuzlu mükafat sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərə və xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüsünə görə Efiopiyanın baş naziri Abiy Əhməd Əliyə verilib.

Bu barədə məlumatı oktyabrın 11-də Osloda Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen xüsusi keçirilən tədbirdə elan edib.