Tribuna İnformasiya Agentliyi

Nobel rus yazıçısına verilə bilər

09 Oktyabr

Sabah, oktyabrın 10-da ədəbiyyat üzrə Nobel mükafatı laureatı elan olunacaq.

Britaniyalı bukmekerlər ehtimal olunan yazıçınıın adını açıqlayıblar.

Onların fikrincə ədəbiyyat üzrə Nobel mükafatını Lyudmila Ulitskaya ala bilər. Digər mümkün laureatlardan kanadalı şairə Enn Karson və onun həmyerlisi, “Qulluqçunun əhvalatı” əsərinin müəllifi Marqaret Estvud, fransız yazıçısı Mariz Konde, polşalı şairə Olqa Tokarçuk, Xaruki Murakami və Corc Martin adları səsləndirilib.

Bu il 2018-ci il üçün olan laureat da olmaqla iki laureat elan olunacaq. Xatırladaq ki, əvvəlki mükafatlandırma akademiyanın üzvü, mədəniyyət xadimi Jan Klod Arnonun şairə Katarina Frostensona təcavüz etməsi qalmaqalı üzündən baş tutmamışdı. Bundan başqa da, rəsmi elandan əvvəl qaliblər haqqında bəzi məlumatların açıqlanması halları aşkar edilmişdi.