Nobel mükafatı laureatı: “ABŞ iqtisadiyyatı iflas nöqtəsinə gəlib”backend

Nobel mükafatı laureatı: “ABŞ iqtisadiyyatı iflas nöqtəsinə gəlib”

Nobel mükafatı laureatı olan amerikalı iqtisadiyyatçı Paul Krugman ABŞ-ın koronavirusun (COVİD-19) iqtisadi təsirlərini azaltmaq üçün açıqladığı 2 trilyon ABŞ dollarlıq dünyanın ən böyük təşviq paketinin yetərli olmadığını bildirib.

TİA.AZ xəbər verir ki, bu barədə P.Krugman “Business Insider”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşviq paketində bələdiyyələrə çox az maddi yardım ayrılıb. Bundan başqa, koronavirusun təsiri ilə yaranan iqtisadi böhran epidemiyanın kölgəsində qalır və media tərəfindən yetərincə diqqət ayrılmır.

“Özəl sektor investisiya qoymur, ipoteka müraciətləri azalıb. Şəxsi sərvət yığımı artır, çünki insanlar məcburi xərclərdən başqa pul xərcləmir. Bütün bunların fonunda hazırda ABŞ iqtisadiyyatı iflas nöqtəsinə gəlib”, – P.Krugman vurğulayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az