“Niyə teatrlara, kinoteatrlara COVİD pasportla getmək olmaz?!” – Əməkdar artistbackend

“Niyə teatrlara, kinoteatrlara COVİD pasportla getmək olmaz?!” – Əməkdar artist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar artist Sənubər İsgəndərli kinoteatrların və teatrların açılmamasına etiraz edib. 
TİA.AZ xəbər verir ki, tanınmış aktrisa bu haqda sosial şəbəkədə yazıb.
O COVİD pasportu ilə kinoteatrlara və teatrlara getməyə niyə icazə verilmədiyini soruşub: “Əgər COVİD pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?!”
Aktrisanın bu statusu rəğbətlə qarşılanıb.
Qeyd edək ki, hazırda teatr, kinotearlar və konsert zallarına giriş məhduddur. Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, epidemioloji vəziyyət bir az düzəldikdən sonra, teatr, kinoteartlar və konsert zallarının fəaliyyətinin bərpa olunması mümkün olacaqdır: “Hələlik bu məsələ barədə müzakirə aparılmır”.