“Niyə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz?”backend

“Niyə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qəbələyə getdik, anamın qəbrini ziyarət etdik, il verdik. Anam 2020-ci il dekabrın 31-i dünyasını dəyişdi, vəsiyyətinə müvafiq Qəbələdə atamın yanında dəfn etdik”

TİA.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı Azər Qərib sosial media hesabında yazıb. O, Operativ Qərargahın yaslarla bağlı qərarına etiraz edərək bunları söyləyib:

“Xatırladırsınızsa, keçən il 30 dekabrdan 4 yanvara qədər ölkədə total şəkildə çox ciddi qapanma elan edildi, hətta kimin ölkə üzrə hərəkərətə icazəsi var idisə, onlar da ləğv edildi, mən daxil. Dostlara müraciət etdim, DİN-in xüsusi icazəsi ilə Qəbələyə 4-5 nəfər gedə bildik, dəfnə də 10 nəfərə qədər icazə verdilər, beləcə mərasimi başa çatdırıb Bakıya döndük. 40 mərasimini də evdə verdik, yalnız 10 nəfər yaxınlarımızla.

İl mərasimini isə çəkdik qabağa və saldıq bu günə, bazar gününə ki, Yeni İl ərəfəsində insanları narahat etməyək. Sözümü nəyə gətirirəm. Bu günə qədər yas mərasimlərinə icazə yoxdur, insanlar ya evlərində yas verirlər, yaxud restoranda konspirasiya şəraitində. Biz də restoranda etdik, çox dar çərçivədə, amma mənə yer edən o oldu ki, bunu gizlicə, guya adi bir yeyib-içmək məclisi kimi edəsi olduq. Yəni, polis gəlib mollanı “Quran” oxuyan görsəydi, hamını qovacağdı, onsuzda qəmli məclisi daha da qara edəcəkdi, restoranı isə nəyi var cərimələcəkdi. Çünki qanun belə deyir. Ay Operativ Qərargah, axı yaslara niyə icazə verilmir? Nəyə görə 150 nəfərlik toy etmək olar, 50 nəfərlik yas vermək olmaz? Varmı məntiq? İnsanlar balaca mənzillərə doluşurlar ağız-ağıza, virus kef edir belə şəraitdə. Deyirlər ki, yas elədir ki, say saxlamaq çətindir. Nəyi çətindir? Həm 40, həm il mərasimlərinə dəvət edirlər, məhdudiyyət qoyun, insan işini bilsin. Onsuzda indi böyük yas verənlər sadə insanlar deyil, vəzifə sahibləri, zənginlər istədikləri qədər adam çağırırlar, güldən ağır söz deyən də olmur. Kimi bağında edir, kimi bahalı çadırlarda. Nəticədə yenə də sosial bərabərlik iflasa uğrayır, mənə olar – sənə olmaz. Hər şeyi pandemiyanın boynuna yıxmaq olmaz, sadəcə işləyib normal qaydalar tədbiq etmək lazımdır, ən asanı qadağa qoymaqdır.

Qadağa qoyanların yaxınları rəhmətə gedəndə özlərinə məhdudiyət qoymurlar, niyə? Əgər olmazsa, heç kim etməsin, olarsa, hamı edə bilsin, belə olmalıdır. Heç bir məmur yaxınının xatirəsi bizim yaxınlarımızın xatirəsindən əziz deyil, ayrıseçkilik salmayın…”.