Nişan mərasimi keçirən 57 nəfər cərimələnib – VİDEObackend

Nişan mərasimi keçirən 57 nəfər cərimələnib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Qaraçuxur qəsəbəsində yerləşən “Qədir Xum” restoranında nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, nəzarət-profilaktik tədbir zamanı orada karantin qaydalarını pozan ümumilikdə 57 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Karantin qaydalarını pozan mərasim iştirakçıları və obyektin icarədarı cərimə olunublar.

Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbət apararaq karantin qaydaları barədə onları bir daha məlumatlandırıblar.