Nikolas Keyc kinodan gedirbackend

Nikolas Keyc kinodan gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudun 54 yaşlı aktyor, rejissor və prodüseri Nikolas Keyc kino karyerasını bitirmək niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, aktyor diqqətini rejissorluğa yönəltmək fikrindədir.

 Bununla belə, Keyc qeyd edib ki, o, hələ 3-4 il filmlərə çəkiləcək.

“Hazırda mən əsasən aktyor kimi işləyirəm və hələ 3-4 ilə bununla məşğul olacağam, sonra isə diqqətimi rejissorluğa yönəldəcəyəm”, – deyə artist NME portalına bildirib.

Aktyor hazırda müxtəlif studiyaların 6 layihəsində iştirak edir.