Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilibbackend
Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Bu barədə “Report”a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, AFFA və Yurçeviç yeni danışıqlar aparmaqda sərbəstdirlər.
Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub.