Tribuna İnformasiya Agentliyi

Nikol Paşinyan: “Ermənistanın xarici siyasəti dəyişməyəcək”

12 May
Ermənistanın xarici siyasəti siyasi böhrandan sonra dəyişməyəcək.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Rusiya 24” telekanalına müsahibəsində bəyan edib.
“Dəyişikliklərdən sonra Ermənistanın xarici siyasət strategiyası dəyişməz qalıb və dəyişməyəcəkdir. Həqiqət ondadır ki, bizim ümummilli hərəkatımızda heç bir xarici siyasət gündəmi yox idi. Bu sırf daxili problemlərlə əlaqəli proses idi”, – deyə N.Paşinyan qeyd edib.