Nikol Paşinyan: “Azərbaycan əziyyət çəkməsin, onsuz da bütün məlumatları özümüz ötürürük”backend

Nikol Paşinyan: “Azərbaycan əziyyət çəkməsin, onsuz da bütün məlumatları özümüz ötürürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan parlamentinin növbədənkənar yığıncağı keçirilib. JAMAZ.İNFO xəbər verir ki, yığıncağın əsas məqsədi parlament seçkiləri və “Mənim Addımım” Fraksiyasının baş nazir postuna namizədinin müəyyən edilməsi olub.

Bildirək ki, “Mənim Addımım” fraksiyasına daxil olan deputatlar və partiyalar Nikol Paşinyanın namizədliyini dəstəkləyiblər. İclasda isə baş nazir bir sıra suallara cavab verib.

Belə ki, müstəqil deputat Taqui Tovmasyan Sünik və Qexarkun rayonlarında Azərbaycanla sərhəddin müəyyən edilməsi ilə bağlı işlər barədə soruşub. “Ssputnik Ermənistan” agentliyinin yaydığı məlumata görə, baş nazir bu sualdan bərk əsəbiləşib. “Sünik və Qxarkun istiqamətindəki sərhəddlərin vəziyyəti əvvəlki kimi qalmaqdadır. Hazırda sərhəddin müəyyən edilməsi prosesi məxfi şəkildə aparılır”.

Paşinyan əsəbi halda deyib ki, Ermənistanın məlumatlarının Azərbaycana ötürülməsinə təəccüblənmir. “Doğru deyirlər, İlham Əliyev əziyyət çəkib kəşfiyyat işlərinə, məlumat əldə etməyə böyük pullar xərcləməsin. Çünki bütün məlumatları özümüz təqdim edirik. Bir qədər koordinatları dəqiqləşdirmək lazımdır. Məsələn, çəkib göstərirlər ki, buradakı səngər yaxşıdır, oradakı bir az pisdir. Və ya burada uyğun koridor var. Biz başa düşürükmü ki, nə iş görürük?”

Onun sözlərinə cavab olaraq Tovmasyan isə bildirib ki, hazırda sərhəddə xaos yaşanır. “Çünki Azərbaycan və Ermənistan əsgərləri bir neçə metrlikdə üz-üzə dayanıblar. Hətta düşmən əsgərinin hərbi forması aydın şəkildə görünür”.

Bundan sonra Paşinyan bir qədər də əsəbiləşib. “Əgər sərhədd silahsızlaşdırılmış formada görünürsə, deməli, o sərhədd pisdir. Bəzi işlər var ki, onu nə siz, nə də düşmən görə bilir”.