Tribuna İnformasiya Agentliyi

NIKOIL | Bank-ın fəaliyyətinə xitam verilir – İDDİA

14 Mart

Daha bir bank çöküş astanasındadır. Bu barədə dia.az-a maliyyə nazirliyindəki qaynaqlardan informasiya daxil olub. Xəbəri verən mənbə iddia edir ki, prezident seçkilərindən sonra ölkənin maliyyə bazarında çox ciddi yenilənmələr müşahidə olunacaq ki, bu əsnada bank sektoru da ciddi islahat dalğasını yaşayacaq.

Mənbənin dia.az-a söylədikləri: “Konkret olaraq daha 2 bankın fəaliyyətinin ləğvi nəzərdə tutulub. NIKOIL | Bank isə yerli sistemə uyuşmayan və yerli bank siyasətinə ayaq uyudrmayan bir bank kimi fəaliyyətini dayandıracaq”.

Mənbə iddia edir ki, hazırda həmin bankın rəhbərliyi ilə maliyyə nazirliyi və Mərkəzi Bank təmsilçiləri arasında danışıqlar gedir.

TİA.AZ