Tribuna İnformasiya Agentliyi

“Nike”dan sonra “Adidas” da İranı tərk etdi

11 Avqust

ABŞ prezidenti Donald Trumpun nüvə razılaşmasından çəkilməsi haqqında qərarından sonra İrana investisiyalar yenidən gündəmə gəlib.

TİA.AZ facemark.az-a istinadən bildirir ki, ABŞ-ın idman geyim markası “Nike”ın İran Milli Komandasında forma geyinən futbolçulara idman ayaqqabıları tədarükündən imtina etməsindən sonra, alman markası “Adidas” da İran bazarından çəkiləcəyini elan edib.

Qlobal arenada fəaliyyət göstərən alman markası “Adidas”ın ABŞ-ın sanksiya qərarlarını gözləmədən mallarını İran bazarından çıxarması müzakirələri də bərabərində gətirib.

Sosial mediada markanın “Impossible is Nothing”, “Heç nə imkansız deyildir” sloqanının ironik olduğu vurğulanıb. “Nike” sanksiyaların gündəmə gəlməsindən sonra İranlı futbolçulara tədarük etdiyi məhsulları geri çəkib. Bu addımdan sonra isə İran Milli Komandasının formaları Alman istehsalçı şirkəti “Adidas” tərəfindən təmin edilirdi.

“Tehran Times” da yer alan xəbərə görə, “Adidas” Rusiyada təşkil edilən futbol üzrə Dünya Çempionatından sonra İran Milli Komandası ilə əməkdaşlığına son verib. “Tehran Times” isə manşetində bu sözləri qeyd edib: “Adidas”, Nike”ın ayaq izlərini izləməyə qərar verdi”.