Nihat Kahveci: “Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm”backend

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Abdullah Avcının Azərbaycan yığmasında baş məşqçi postuna namizəd olmasına münasibət bildirib.

“Report”un məlumatına görə, Bakıda səfərdə olan 41 yaşlı sabiq hücumçu buna çox sevindiyini vurğulayıb.

“Abdullah Avcı əla məşqçidir. Onun Azərbaycan millisində namizəd olması bizim üçün qürurvericidir. Bu reallaşsa, çox sevinərəm. Abdullah Avcı Azərbaycan millisinin baş məşqçisi olsa, çox sevinərəm”, – o qeyd edib.